Gənc ifaçı: “Təklif məni şoka saldı...” - AUDİO
Bizi izləyin

Magazin1

Gənc ifaçı: “Təklif məni şoka saldı...” - AUDİO

Gənc müğənni Aytac Vidadiqızı Səlami Şahinin repertuarına müraciət edib.

Publika.az xəbər verir ki, müğənni türkiyəli həmkarının retro mahnısı olan “Səninlə başım dərddə” adlı mahnısına müraciət edib. İfa edəcəyi mahnının halallığını almaq üçün Bakıdan Türkiyəyə uçan Aytac Vidadiqızı orada xoş təsadüflə qarşılaşıb:

“Mahnının icazəsini almaq üçün Səlami Şahin ilə görüşdük. Açığı, mahnının haqqını ödəyib almaq üçün onunla görüşdüm. Bilirəm ki, Türkiyədə bu işlər müəllif hüquqları tərəfindən ciddi şəkildə qorunur. Səsimi eşitdikdən sonra mahnını mənə hədiyyə etdi və halallıq verdi. Üstəlik, mənə yeni mahnı bağışlayacağını da bildirdi. Söhbət zamanı Səlami Şahinə atamın onun repertuarından ifa etdiyi mahnını dinlətdim. Atamı tanıdığını və ifasını çox bəyəndiyini söylədi”.

Müğənni gələn il Səlami Şahin ilə duet oxuyacağını da əlavə edib:

“Mahnını hazır olanda ilk olaraq Səlami Şahinə dinlətdim. İfamdan təsirləndi. Mənə duet ifa etməyi təklif etdi. O cür sənətkardan belə bir təklif amaq məni şoka saldı. Sevincimin həddi-hüdudu yox idi. Duetimiz gələn il işıq üzü görməlidir”.

Qeyd edək ki, “Səninlə başım dərddə” mahnısının sözləri və musiqisi Səlami Şahinə aiddir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm