• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Azərbaycanlı məşhurun "qızına" 350 minlik təklif - FOTO

  • Magazin1
  • 11 Noyabr 2015 13:45
  • 1 842 Baxış
Azərbaycanlı məşhurun "qızına" 350 minlik təklif - FOTO

Dekabrın 1-də Londonun “Sotheby’s” hərrac evində Rusiya incəsənətinin üç sənət dövrünü əhatə edən əsərlər satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, hərracın əsas lotları arasında Azərbaycanın və SSRİ-nin xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun “Aydan” əsəri də yer alıb. Sənət əsəri 250-350 min funt sterlinq dəyərində qiymətləndirilib.

“Sotheby's” hərrac evinin rəsmi məlumatında bildirilib ki, "Aydan" sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur. "Rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtı ilə Tokioda açdığı sərgisi münasibətilə çəkib. "Aydan" əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb", - deyə hərrac evinin rəsmi açıqlamasında bildirilib.

Xatırladaq ki, "Aydan" məşhur rəssamın qızının uşaqlıq şəklidir. Hazırda o, özü də rəssamdır. Onu da qeyd edək ki, Aydan bir neçə il əvvəl çılpaq şəkilləri ilə gündəmə gəlmişdi.

Publika.az Tahir Salahovun "Aydan" əsərini təqdim edir

Cəvahir

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR