“Azdrama”da yeni premyera
Bizi izləyin

Magazin1

“Azdrama”da yeni premyera

Noyabrın 12-də Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının premyerası keçiriləcək.

Teatrdan Publika.az-a bildirilib ki, Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov çıxış edəcək.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm