İnqrid kişi müğənnimizə görə Bakıya gəldi
Bizi izləyin

Magazin1

İnqrid kişi müğənnimizə görə Bakıya gəldi

Dünya şöhrətli italiyalı bəstəkar-müğənni İnqrid Bakıdadır.

Publika.az xəbər verir ki, müğənninin səfəri işgüzar xarakter daşıyır. O, Bakıda bəstəkar Gövhər Həsənzadə ilə görüşərək onun səsyazma studiyasında olub.

İctimai Televiziyada da qonaq olan İnqrid ilə birlikdə verilişdə Ukraynanın “Qolos” (“Səs”) yarışmasının finalçısı, həmyerlimiz Vaqif Nağıyev və Gövhər Həsənzadə də iştirak edib. Canlı yayımda Vaqiflə duet ifa edən İnqridin Bakıya məhz ona görə gəldiyi bildirilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, məşhur müğənninin G.Həsənzadənin mahnılarını ifa edəcəyi, hətta albom çıxaracağı da gözlənilir. Bu səbəbdən, o, hələ bir neçə gün paytaxtımızın qonağı olacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm