Modelimiz bikini yarışmasında - FOTOLAR
Bizi izləyin

Magazin1

Modelimiz bikini yarışmasında - FOTOLAR

“Miss Bikini Universe 2015” müsabiqəsində Azərbaycanı təmsil edən Pərvin Həsənzadə artıq Pekindədir.

Publika.az xəbər verir ki,müsabiqədə Azərbaycan ilə yanaşı, 90-dan çox ölkənin modelləri yarışacaq.

Təmsilçimiz müsabiqənin milli geyim gecəsində modelyer-dizayner Xəyalə Hüseynovanın kolleksiyasından geyim nümayiş etdirəcək.

Xatırladaq ki, müsabiqənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı Aqil Məmiyevdir.

Qeyd edək ki, Pərvin Həsənzadənin 24 yaşı var. O, indiyədək bir sıra model yarışmalarının qalibi olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm