Həkimlərdən Ələsgər Məmmədoğluna QADAĞA
Bizi izləyin

Magazin1

Həkimlərdən Ələsgər Məmmədoğluna QADAĞA

Əməkdar artist, tanınmış aktyor Ələsgər Məmmədoğlu xəstəxanadan evə buraxılıb.

Bu barədə Publika.az-a aktyor özü məlumat verib:

“Müalicəm ev şəraitində davam edəcək. Xəstəxanaya yalnız sistem köçürülmək üçün gələcəyəm. Həkimlər məni kritik vəziyyətdən çıxardılar, təzyiqim normallaşdı. Bununla belə, özümü qorumalıyam. Həkimlər qızardılmış yeməklərdən imtina etməyimi tapşırdılar. Eyni zamanda, stressdən, əsəbdən uzaq olmalıyam. Gərək onların qadağasına əməl edim”.

Onu da öyrəndik ki, aktyor deyilənlərə əməl etmək şərtilə, yaradıcılıq fəaliyyətini davam etdirəcək:

“Tamaşalarda oynayacam. Hətta seriallara dəvət etsələr, məmnuniyyətlə çəkilərəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm