Rəqsanənin yalanı üzə çıxdı – FOTOLAR
Bizi izləyin

Magazin1

Rəqsanənin yalanı üzə çıxdı – FOTOLAR

Müğənni Rəqsanə İsmayılova kükrədi, sosial şəbəkədə hamını bir-birinə qatdı.

Publika.az xəbər verir ki, onu əsəbləşdirən barəsində yazılanlardır. Belə ki, dünən paylaşdığı villanın ona məxsus olduğunu düşünən izləyiciləri Rəqsanəni elə oradaca ağ yuyub qara sərib. Ünvanına zövqlü evinə görə xoş sözlər yazanlardan çox, onu görməmişlikdə qınayanlar, hətta məmur evinə bənzəyən villanı tikdirməyə pulu hardan aldığını araşdıranlar olub. Rəqsanəni də, görünür, izləyicilərinin bu reaksiyası əsəbləşdirib. Odur ki, paylaşdığı fotolardakı möhtəşəm villanın ona məxsus olmadığını yazıb:

“Bu, mənim evim deyil. Xəbərlər çıxandan beynim getdi. Ev tanıdığım bir xanıma aiddir. Dizaynı xoşuma gəldiyindən, şəklini paylaşdım. Bütün saytlar da yazıb ki, Rəqsanənin villasıdır. Xahiş edirəm, belə məqamlar olanda soruşun, sonra yazın”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm