Əməkdar artistə QADAĞA - FOTOLAR
Bizi izləyin

Magazin1

Əməkdar artistə QADAĞA - FOTOLAR

“Atamın ən böyük arzusu idi ki, fəxri ad alım. Bu günü elə səbirsizliklə gözləyirdi ki… Amma qismət olmadı. Mənə “Əməkdar artist” fəxri adı verildi, sevincimi atamla bölüşə bilmədim. Bir təsəllim var ki, indi atamın ruhu şaddır”.

Bu sözləri Publika.az-a əməkdar artist, gənc xanəndə İlkin Əhmədov söyləyib.

Fəxri ada layiq görüldüyünə görə özünü xoşbəxt sayan sənətçi musiqi aləmində hər zaman bu adı doğruldacağına söz verib:

“Hesab edirəm ki, hər bir sənətçi ifası və davranışları ilə daşıdığı fəxri ada layiq olmalıdır. Bu adı doğruldacağam. Atam da deyirdi ki, sənətinlə məşğul ol, heç vaxt dedi-qodu, qalmaqalla məşhurluğa can atma. Çünki sənətə dəyər verirdi. Bunu mənə qadağan etmişdi”.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm