Nazpəri Azərbaycandan gedir - FOTOLAR
Bizi izləyin

Magazin1

Nazpəri Azərbaycandan gedir - FOTOLAR

Xalq artisti Nazpəri Dostəliyeva bu gün media nümayəndələri ilə görüşüb.

Publika.az xəbər verir ki, o, 3 ildir yerli telekanalların ona qoyduğu qadağalardan söhbət açıb:

"Azərbaycan məhkəməsində indiyədək heç bir sənətçi 50-100 min manat cərimə ödəməyib. Gördük ki, məhkəmələr də əsassız və haqsız olur. Kiçik bir məsələ şişirdildi. Bir toyda iştirakıma görə, məhkəmə 25 min manat cərimə kəsdi".

Xalq artisti bu məsələdə günahsız olduğunu deyib: “Günah etməmişəm. Dövlətimi, prezidentimi, onun ailəsini sevən sənətkaram. Kimsə deyə bilməz ki, mən prezidentimi, dövlətimi kimlərdənsə az istəmişəm. Mənə ev, ad-san verib”.


N.Dostəliyeva jurnalistlərə müraciət edərək 3 ildir efirdə görünməməsinin səbəblərinin aydınlaşdırılmasını xahiş edib:

“Düşünürəm ki, bəlkə efir qadağamın arxasında məmurlar dayanır. Sizlərdən xahiş edirəm ki, bunun aydınlaşmasında mənə dəstək olun. Niyə xalq artistinə efir qadağası qoyulub?”

Qadağalara baxmayaraq, yaradıcılığını davam etdirdiyini deyən müğənni Türkiyə ilə başladığı yeni əməkdaşlıqdan da danışıb. Onun sözlərinə görə, bu əməkdaşlıq çoxdan başlaya bilərdi:

“Özcan Dəniz "Haziran gecəsii" filmini çəkərkən baş rola məni dəvət etdi. Qəbul etmədim. Qardaş Türkiyədən dəvət almışam. Çox fərqli bir layihəmi gerçəkləşdirəcəm”.

Müğənnini sözlərinə görə o, 2016-cı ilin fevral ayından etibarən bir müddət Azərbaycandan kənarda qalacaq.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm