Teatrda müqəssir axtarışı - FOTO
Bizi izləyin

Magazin1

Teatrda müqəssir axtarışı - FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” adlı iki hissəli komediyası 25-ci dəfə nümayiş olunacaq.

Publika.az xəbər verir ki, tamaşa iki ildən çoxdur ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 2013-cü ildə keçirilib. “Kimdir müqəssir?”in 25-ci nümayişi isə noyabrın 20-də baş tutacaq. Azərbaycanın böyük klassiklərindən biri olan Əbdürrəhim bəy Haqverdiyev bu unikal əsərində insanın yarandığı andan bəri keçdiyi keşməkeşli təkamül yolunu incə bir yumorla qələmə alıb.

“Kimdir müqəssir?” tamaşası 2014-cü ildə 10-19 sentyabr tarixlərində keçirilən I Şəki Beynəlxalq Teatr Festivalında iştirak edib və Fəxri diplomla təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm