Əməkdar artist: “Ölüb-dirilirəm”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Ölüb-dirilirəm”

“Xəstəlik məni əldən salıb. Şəkər və təzyiq bütün daxili orqanlarımı sıradan çıxarıb. Qaraciyər, böyrək və ürəyimdən müalicə alsam da, xeyri yoxdur, xəstəliklərdən xilas ola bilmirəm”.

Bu sözləri Publika.az-a şəkərli diabet və hipertoniya xəstəliyindən əziyyət çəkən əməkdar artist Kəmalə Rəhimli deyib. O, həkim nəzarəti altında müalicəsini davam etdirdiyini bildirib:

“Ölənə qədər müalicə olunmalıyam. Şəkər gözlərimin işığını əlimdən alıb, bir gözüm, ümumiyyətlə, görmür, digəri də həddən artıq zəifdir. Xarici ölkələrin birində əməliyyat olunmalıyam. Amma zəifləmiş gözümün nurunu da büsbütün itirməkdən çox qorxuram. Heç olmasa, indi az da olsa, görürəm. Bir yandan da təzyiq. Dərmanlardan xilas ola bilmirəm. Yenə də xəstəxanaya getməliyəm, çünki sistemlər köçürülməlidir. Hər dəfə ölüb-dirilirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm