Behrudinin qardaşı: “Düşmənləri bilsin ki…”
Bizi izləyin

Magazin1

Behrudinin qardaşı: “Düşmənləri bilsin ki…”

Bakıda ürək əməliyyatı keçirən tanınmış şair Rüstəm Behrudi bu gecə evinə buraxılıb.

Bu barədə Publika.az-a şairin kiçik qardaşı İlham Alməmmədov məlumat verib.

Onun sözlərinə görə, qardaşı hazırda evdə istirahət edir:

“Rüstəmin kiçik qardaşıyam, gözümü açandan onu narahat görmüşəm. Gözü görən və ruhu olan insanların həmişə ürəyində narahatlıqları olur. O qanmaz adamlardır ki, rahat yaşayırlar. Rüstəmin dostları sevinsin, çünki hələ uzun illər şeirləri ilə onları sevindirəcək. Düşmənləri bilsin ki, hər şey çox yaxşıdır”.

Onu da öyrəndik ki, əməliyyat beş saat çəkib:

“Ürək əməliyyatı ağır əməliyyatdır, bunu hər kəs bilir. Amma nigarançılığa heç bir ehtiyac yoxdur. Sadəcə, olaraq qardaşım biraz dincəlməlidir. Sağ olun ki, ona görə nigaransınız”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm