“Oxu gözəl” - məşhur müğənnini belə xatırladılar
Bizi izləyin

Magazin1

“Oxu gözəl” - məşhur müğənnini belə xatırladılar

Filarmoniyada Gülağa Məmmədovun 90 yaşı qeyd olunub.

Publika.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan gecədə sənətkarın yaxınları və sənət dostları ilə yanaşı, bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak edib. Əvvəlcə, sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Gülağa Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin və ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən söz açıb. Nazir müavini sənətkarın yaradıcılığını yüksək qiymətləndirərək onun repertuarında yer alan xalq mahnılarının, təsniflərin, o cümlədən muğam sahəsindəki ifaçılıq məharətinin əvəzolunmazlığını diqqətə çatdırıb.

Gecədə sənətkarın repertuarında yer alan “Vətənimdir”, “Ana Kür”, “Bakı gecələri”, “Gəlmədin”, “Şeir deyilmi”, “Gülərəm gülsən”, “Hardasan”, “Oxu tar”, “Gecələr”, “Kor Ərəbin mahnısı”, “Ayrılıq”, “Oxu gözəl”, “Haralısan”, “İntizar”, “Qurban verərdim” və. s mahnıları tanınmış və gənc ifaçılar səsləndirib.

Gülağa Məmmədovun ifa etdiyi mahnılar Azərbaycan milli radiosu və televiziyasının qızıl fondunda qorunub saxlanılır. O, şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnısını ifa edib və 15-dək bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri səsləndirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm