Magazin1
Faiq Ağayev: “Mənə irad tuta bilməzlər!”
Xalq artisti Faiq Ağayev hobbisindən danışıb.
Publika.az-a açıqlamasında o, kinoya baxmaqdan zövq aldığını bildirib:
“Ən böyük hobbim kino izləməkdir. Mən kinomanam. Kinonu kinoteatrda izləməyi sevirəm. Çünki reklam olmur”.
Faiq Ağayev nəinki kinoya baxmağı sevir, elə çəkilməkdən də imtina etməz. Böyük məmnuniyyətlə yerli seriallara da çəkilər. Ancaq şərti var:
“Yerli seriallara bir şərtlə çəkilərəm. Normal rol verilsin. Epizodik rol oynamaram. Oynadığım rolun qarşılığında da normal qonorar tələb edirəm. O zaman razılaşaram”.
Bacarıb-bacarmayacağına gəlincə, müğəni deyir ki, o, əsl artistdir:
“Düşünürəm ki, istənilən obrazı canlandıra bilərəm. Çünki ixtisasca musiqili teatr aktyoruyam. Mən artistəm. Səhnədə lazım olanda rəqqas, lazım olanda aktyor, lazım olanda da rejissoram. 27 il ərzində çəkildiyim kliplərim göz önündədir. Bu işdə mənə irad tuta bilməzlər”.
İsa Şükürov
-
Sosial20:00Saytların çökməsinə səbəb olan texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNDİ
-
İKT19:12Bakıda bəzi parkinqlərdə ödəmə sistemi ÇÖKDÜ - VİDEO
-
Sosial16:28Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO
-
İdman13:168 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...
-
Magazin212:46“Avroviziya”da çıxış edən əkizlər birlikdə İNTİHAR ETDİ - FOTO







.jpg)




























