• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Nigar Camal eşqə düşüb

  • Magazin1
  • 23 Noyabr 2015 15:45
  • 1 354 Baxış
Nigar Camal eşqə düşüb

Nigar Camalın həyatı dəyişib.

Publika.az xəbər verir ki, Azərbaycana “Eurovision” qalibiyyəti qazandıran Nigar Camal, deyəsən, aşiq olub. Belə ki, o, ATV telekanalına müsahibəsində oxu atsa da, yayı gizlədib:

“Son zamanlar həyatımda böyük və inanılmaz dəyişikliklər baş verir”.

Həyatında baş verənlər qızlarına münasibətini heç dəyişməyib:

“Qızlarıma qarşı sərt deyiləm. Onları gec-gec gördüyümdən, nə istəsələr, edirəm. Kiçik qızım aktrisa olmaq istəyir. Karyerasını İngiltərədə qurmasını istərdim. Ümumiyyətlə, onlara hər işdə dəstək olaram. Təki balalarım xoşbəxt olsun”.

Türkiyəyə intensiv səfərlərindən danışan müğənni işlərinin orada uğurlu olduğunu vurğulayıb:

“Türkiyə şou biznesi mənə çox maraqlıdır. Orada bir neçə iş gördüm. Amma Türkiyə şou biznesinin ulduzuna çevrildiyimi deyə bilmərəm. Orada hələ partlayış etməmişəm. İnanıram ki, yavaş-yavaş olacaq”.

Rusiya şou biznesinə qatılmağa çəhd etdiyini deyən Nigar, həmin ölkəni sevmədiyini etiraf edib.

“Rusiya şou biznesinə qatılmaq çox çətindir. Düzdür, Dima Bilanla işbirliyimiz partlayış effekti verdi. Amma Rusiyaya getməyi ürəyim heç istəmirdi”.

İsa Şükürov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR