Tolik: “Artıq polisə müraciət etmişik”
Bizi izləyin

Magazin1

Tolik: “Artıq polisə müraciət etmişik”

Sevil və Sevinc əkizləri məhkəməyə müraciət edib.

Publika.az xəbər verir ki, onları bu addımı atmağa vadar edən səbəb sosial şəbəkədə onların adından səhifələr açıb fırıldaqçılıq və əxlaqsız şəkillər yaymaqla məşğul olan insanlar olub.

Bacılar sosial şəbəkədəki rəsmi səhifələrində bu haqda açıqlama verib:

“Üzümüzü bizim adımızdan səhifə işlədənlərə tuturuq! Elə bilməyin ki, sizin ağlınız aşıb-daşır və ya siz hamıdan ağıllısınız. Bizim adımızdan istifadə edib kontur dilənənlər, işinizin axırı məhkəməlik olacaq. Artıq şikayət ərizəsi yazmışıq. Hər biriniz lazımi cavabınızı alacaqsınız. Ayıbdır, bəsdirin! Biri pul istəyir, biri kontur, digəri də tərbiyəsiz şəkillər paylaşır. Elə bilməyin, susuruqsa, belə də olmalıdır”.

Məsələ ilə bağlı Publika.az müğənnilərin prodüseri Toliklə əlaqə saxlayıb. O, faktı təsdiq edib:

“Bizi buna məcbur etdilər. Artıq polis idarəsinə ərizə yazmışıq. Şikayətimizdən xəbərdardılar. Bundan əvvəl də, əkizlərin adına bir səhifə açıb əxlaqsız şəkillər paylaşırdılar. Onu bağlatdırsaq da, adamlar çirkin əməllərindən əl çəkmirlər. Bu səbəbdən, məsələni hüquq mühafizə orqanlarının öhdəsinə buraxmışıq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm