Zeynəb Dostəliyeva: “Gələn ildən yeniliklərim olacaq”
Bizi izləyin

Magazin1

Zeynəb Dostəliyeva: “Gələn ildən yeniliklərim olacaq”

Müğənni Zeynəb Dostəliyevanın yeni klipi işıq üzü görüb. Sənətçi “Yalan olsun” adlı mahnısına ekran həyatı verib.

Publika.az-a açıqlama verən Zeynəb xanım, yeni ildə bir sıra yeniliklərinin olacağını bildirib:

“Əslində, bu klip yox, video rolikdir. Nəsə yenilik etməyə çalışdım. Sənətçi çalışmalı, yeni mahnılar, yeni kliplər çəkdirib, konsert verməlidir. Gələn ildən sənətimi sevənləri və məndən yenilik gözləyənləri daha çox sevindirməyə çalışacam. Düzü, “Yalan olsun” klipimə hələ özüm baxmamışam. İnanıram ki, yaxşı alınıb”.

Zeynəb xanımın klipi yeni olsa da, müğənni mahnını bir neçə il əvvəl ifa edib:

“Hələ heç yerdə ifa etmədiyim çoxlu mahnılarım var. Onlardan biri də “Yalan olsun” mahnımdır. Mahnını 2-3 ildir ki, oxumuşam. Repertuarımdakı mahnıların hamısına ekran həyatı verəcəm. Sevdiyim bəstəkarlardan çoxsaylı mahnılarım var. Hamısı arxivimdə qalıb. Onları elə-belə mahnı kimi təqdim etmək istəmirəm. Hamısına klip çəkdirməyə çalışacam”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm