Nura Suri repertuarında yenilik edib - AUDİO
Bizi izləyin

Magazin1

Nura Suri repertuarında yenilik edib - AUDİO

Məşhur müğənni Nura Suri repertuarında yenilik edib.

O, “Həvvan olum” adlı təzə mahnısını internet və radio istifadəçilərinin ixtiyarına buraxıb. Müğənni yeni layihəsində özünü şairə kimi sınayıb. Belə ki, ritmik notlar üzərində qurulan mahnının sözləri Nura Surinin özünə, musiqisi və aranjimanı isə Muxtar Abseynova məxsusdur.

Publika.az-a açıqlama verən ifaçı qeyd edib ki, “Həvvan olum” mahnısı olduqca pozitivdir və dinləyicilər tərəfindən seviləcək:

“Mahnının sözlərini altı ay öncə yazmışam. Bəstəkara sözləri təqdim edən kimi musiqi ərsəyə gəldi. Düzünü desəm, heç mahnının yazılması da mənə əziyyət vermədi. Yarım saat ərzində sevə-sevə mahnını oxuyub, yazdıq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm