Əməkdar artist: “Onlardan artığam”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Onlardan artığam”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva rejissorlardan inciyib.

O, bu barədə Publika.az-a açıqlamasında danışıb. Aktrisanın sözlərinə görə, ən böyük arzusu seriallarda ana obrazını canlandırmaq olsa da, onu bu rola dəvət etmirlər. Aktrisa bunun səbəbini belə izah edib:

“Çox istərdim ki, seriallarda mükəmməl ana obrazını canlandırım. Lakin rejissorlar məni ana rolunda görmək istəmir. Hərə öz adamını qabağa çəkir. Fakturama görə məni ana roluna dəvət etmirlər. Ordan-burdan eşidirəm ki, guya boyum balaca olduğu üçün bu rola yaraşmıram. Məgər ana roluna çəkilənlərin boyu 172 santimetrdir? Mən ana rolunu onlardan da yaxşı oynayaram. Heç bir aktrisadan əskik deyiləm. Yeri gələndə, hətta onlardan artığam. Həyatda da anayam, iki oğlum və nəvələrim var. Ananın hündürboy olması vacib deyil”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm