Magazin1
ATV-nin aparıcısı boşandı
ATV telekanalının aparıcısı Aysel Nazim boşanıb.
Publika.az-a açıqlama verən teleaparıcı bu xəbərin yayılmağını istəmədiyini bildirib.
“Gündəmə belə gəlmək istəmirəm. Bu xəbərin yayılması ürəyimcə deyil. Amma nə etmək olar? Artıq bu suallardan bezmişəm”.
O, boşanmasının səbəbini həyat yoldaşı ilə ayrı-ayrı ölkələrdə yaşamasıyla izah edib:
“Heç cür bir yerdə qərarlaşa bilmirdik. Mənim işim burada, vətənimdədir. O, isə iş adamıdır. Moskvada yaşayır. Yollarda qalmışdıq. Gah mən ora gedirdim, gah da o, bura gəlirdi. Belə yaşamaq çox çətin idi. Birdəfəlik ayrılmağa qərar verdik. Qoy, hərə öz həyatını yaşasın”.
Cütlüyün Can adlı bir oğlu da var. Aysel oğlunun onunla qalacağını bildirib:
“Oğlum mənimlə qalsa da, istəyəndə atasının yanına gedəcək. Həyat yoldaşımla dost kimi ayrılmışıq. Hər şeydən öncə biz oğlumuzun valideynləriyik”.
Qeyd edək ki, Aysel Nazim 2008-ci ildən türk vətəndaşı ilə ailəlidir. Onların 6 yaşlı bir oğlu var. Cütlük ailə həyatına iki ay qabaq son qoyub.
İsa Şükürov
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü