Azərbaycanlı müğənniyə türk məşhurdan sürpriz
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənniyə türk məşhurdan sürpriz

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Fərid Mərd Türkiyənin məşhur ENBE orkestri ilə işbirliyinə başlayıb:

Publika.az xəbər verir ki, həmyerlimiz Türkiyənin tanınmış şairəsi, Azərbaycanda da bir çox məşhur mahnıların söz müəllifi olan Aişə Birgül Yılmazla dostluğu sayəsində nail olub:

“Aişə xanımın vasitəsilə ENBE orkestrinin rəhbəri Behzat Gerçəkərlə tanış oldum. İfaçı olduğumu biləndə əməkdaşlıq təklif etdi. O vaxtdan ENBE-nin solistiyəm”.

Fərid həmin orkestrlə Türkiyənin bir çox şəhərlərində keçirilən konsertlərdə uğurla çıxış edib.

Qeyd edək ki, azərbaycanlı müğənni bu yaxınlarda TRT kanalında türk müğənni Kubatla “Sarı gəlin” xalq mahnısını ifa edib. Həm də mahnılar bəstələyən Fəridin bəstələrini yaxın vaxtlarda Türkiyənin bir neçə tanınmış müğənniləri ifa edəcəklər. Bundan başqa, yeni il üçün müğənnimizin ENBE ilə birgə Azərbaycanda konserti planlaşdırılır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm