Sevinc Hande Yenərə və Demet Akalına meydan oxudu
Bizi izləyin

Magazin1

Sevinc Hande Yenərə və Demet Akalına meydan oxudu

Müğənni Sevinc Ağaşirinova Türkiyədə “Xəstə” adlı mahnısına klip çəkdirsə də, ekran işi Türkiyə mediasında işıq üzü görməyib.

Publika.az-a açıqlama verən ifaçı, klipinin Türkiyə bazarına daxil ola bilməməyini belə izah edib:

“Mahnı Azərbaycan dilindədir və Azərbaycan tamaşaçısı üçün nəzərdə tutulub. İnşallah, nə vaxtsa, türk dilində mahnı ifa etsəm, Türkiyə bazarına girmək haqda düşünərəm”

Müğənni Türkiyə şou biznesinə qatılmaq arzusundan da danışıb. Hətta rəqiblərini belə müəyyənləşdirib:

“Türkiyə şou-biznesində Hande Yenər, Demet Akalının əsas rəqibi olacam. Çünki eyni stildə oxuyuruq. Gözəllikdə isə onlardan qat-qat üstünəm. Türkiyə şou-biznesində mənim kimi gözəl yoxdur. Çünki Azərbaycan gözəliyəm”.

Özünə güvənən Ağaşirinova Türkiyə şou-biznesində illərdir fəaliyyət göstərən Azəri qızı Güneli isə, ümumiyyətlə, özünə rəqib saymır:

“Onun stili tamam başqadır. O, çox gözəl ifaçıdır, ancaq pop janrında ifa etmir. O, çox qarışıq ifa edir. Arada onun muğamlarına qulaq asıram. Yaxşı oxuyur, ancaq mən Türkiyədə olsaydım, pop oxuyardım”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm