“O səs Türkiyə”də Azərbaycan mahnısı – VİDEO
Bizi izləyin

Magazin1

“O səs Türkiyə”də Azərbaycan mahnısı – VİDEO

Türkiyənin məşhur musiqi yarışması olan “O səs Türkiyə”də növbəti dəfə Azərbaycan mahnısı ifa olunub.

Publika.az xəbər verir ki, bu dəfə mahnımızı həmyerlimiz yox, türkiyəli ifaçı səsləndirib. Qəmzə Çavdar musiqisi Tofiq Quliyevə, sözləri isə Zeynal Cabbarzadəyə məxsus “Axşam mahnısı”nı ifa edib.

Qəmzə Çavdarın ifasına 4 münsifin hər biri dönüb. Onu azərbaycanlı hesab edən münsiflər qarşılarında öz həmyerlilərini görəndə təəccübləniblər.

Özü haqda məlumat verən Qəmzə Çavdar musiqi təhsilinin olduğunu, dünyanın bir sıra məşhur səhnələrində ariyalar ifa etdiyini bildirib.

Qeyd edək ki, “Axşam mahnısı”nın ilk ifaçısı Şövkət Ələkbərova olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm