Səməd Səmədov: “Sənətə qalmaqalla gəlməmişəm” - VİDEO
Bizi izləyin

Magazin1

Səməd Səmədov: “Sənətə qalmaqalla gəlməmişəm” - VİDEO

Xalq artisti Səməd Səmədov yeni layihə üzərində çalışır.

Bunu Publika.az-a xalq artistinin prodüseri Rövşən Cəfərov deyib. O bildirib ki, S.Səmədov bundan sonra daha çox klassik mahnılara müraciət edəcək:

“Müğənni yeni layihə üzərində çalışır. Həmin layihədə klassik mahnılar yer alacaq. Artıq Səməd bəy bir neçə klassik mahnı ifa edib. İşlər bununla bitmir. Yeni klip çəkilişləri də nəzərdə tutulub.

Bu gün xalq artisti musiqisi Telman Hacıyevə, aranjimanı Fərid Kərimliyə məxsus “Nərgizim” adlı mahnını dinləyicilərin ixtiyarına verdi. Bu mahnıdan bir müddət sonra yeni işimizi təqdim edəcəyik”.

S.Səmədov da fikirlərini bölüşüb:

“Mən bu sənətə qalmaqalla yox, səsimlə gəlmişəm. Əgər bir insanın səsi varsa, gec-tez uğur qazanacaq. Hər il azı bir hit mahnı oxuyuram. İfa etdiyim mahnılar tamaşaçılar tərəfindən sevilir. Bu gün təqdim etdiyim “Nərgizim” adlı mahnının da seviləcəyinə inanıram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm