Ayan Tolikin barışıq jestini cavabsız qoymadı – VİDEO
Bizi izləyin

Magazin1

Ayan Tolikin barışıq jestini cavabsız qoymadı – VİDEO

Bu gün məşhur prodüser Tolik küsülü olduğu daha bir həmkarına barışıq jesti edib.

Publika.az xəbər verir ki, Xəzər telekanalında qonaq olan prodüser müğənni Ayan Babakişiyevanın qızına sevgidən danışıb. Bir müddət əvvəl araları dəydiyindən müğənninin qızı Selenanı görə bilmədiyini və onun üçün çox darıxdığını vurğulayıb:

"Arada haqsızlıq olub. İstəyərəm ki, vaxtilə evində qonaq olduğum, balasını çox sevdiyim insanla barışım. Mən də Ayanla küsülüyəm. Selena üçün çox darıxıram. Selenaya görə nələrinsə üstündən keçməyə hazıram. Ayan burnunda əməliyyat etdirib. Burnu sağalsın, hamımız bir araya yığışaq. Natəvan Həbibi də Ayanla barışsın. Ayanla birlikdə Misirdə olmuşuq. Həmişə deyirdi ki, kiminsə badına gedib ".

Publika.az-a açıqlama verən müğənni Ayan Babakişiyeva ona uzanan barışıq əlini havada qoymayıb:

“Tolik cox sag olsun ki, 9 milyon insanın qarşısında qızıma olan məhəbbətindən danışdı. Mənə xoş oldu ki, Tolik balamı bu qədər çox istəyir. Natəvanla barışmağa gəlincə, aramızda ciddi problemimiz olmayıb, bir-birimizin şəxsiyyətinə, mənliyinə toxunmamışıq. Barışmağımıza ciddi maneə görmürəm. Hər zaman Tolikdən söz düşəndə, ya özü ilə dərdləşəndə demişəm ki, “sənin nəyin var dilindədi, ürəyin çox təmizdi. Adi bir sözdən tez kövrəlib, ağlaya bilərsən. Bilirəm ki, Tolik yaxşı insandı. Allah ona övlad qismət eləsin. Bilirəm ki, o, çox yaxşı ata olacaq. Selenaya o qədər sevgi bəxş etdi ki, ətrafımızdakı insanlar onları bir-birinə qısqandı. Nə Selena Toliki unudub, nədəki qızımın “dayı” dediyi Tolik”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm