Azərbaycanlı aktrisaya videogörüntü şantajı
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktrisaya videogörüntü şantajı

Aktrisa Xuraman Əlizadə həyəcandan avtomobil qəzası keçirəcəyini bildirib.

Publika.az xəbər verir ki, ATV telekanalına açıqlama verən aktrisa Xuraman Əlizadə tanımadığı şəxslər tərəfindən şantaj olunduğunu açıqlayıb.

“Mənə zəng edib bir saytın adını dedilər. Zəng edən xanım “əlimizdə sizin səs yazınız və video görüntüləriniz var. Gəlin, sizi bəzi adamlarla üzləşdirəcəyik” – bildirdi. Həyəcandan avtomobili necə sürdümsə, az qala qəza törədəcəkdim. Nəhayət, deyilən ünvana çatdım. Məlum oldu ki, adi söhbət etdiyim görüntü və səs yazısıdır. Elə bir şey də yoxdur. Mənimlə elə danışırdılar ki, sanki məkhəmədəyəm. Onlar hakim kürsüsündə əyləşiblər, mən isə müttəhiməm”.

Məsələ ilə bağlı aktrisa ilə əlaqə saxladıq.

Publika.az-a açıqlama verən Xuraman Əlizadə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib:

“Mənim nişan xəbərim yayıldı. Hər şey də elə bundan sonra başladı. Heç nişanlanmamışam da. Sadəcə, münasibətlərimiz getdikcə daha da ciddiləşir. Həyatımda bir insan var. Həmin insan bir dəfə ailəli olub və ayrılıb. Övladı yoxdur. Uğursuz evlilikdən sonra toyların birində məni görüb və bəyənib. Anası və bacısı da mənim xətrimi çox istəyir. Bizim onunla birgə şəkillərimiz sevdiyim bəyin keçmiş qayınanası və yoldaşını qıcıqlandırıb. Əleyhimə işlər görməyə başlayıblar. Yalançı jurnalistə zəng etdirib məni şantaj ediblər. Mən də görüşə tək yox, görüşdüyüm şəxsin bacısı ilə getdim”.

Əsəbini gizlətməyən aktrisa hədələndiyini də bildirib:

“Sujet efirə gedəndən sonra zəng elədilər ki, biz indi ATV-yə gedib səni rüsvay edəcəyik. Deyəcəyik ki, Xuraman ailə dağıdandır. Anlamırlar ki, mən sevdiyim şəxslə o boşandıqdan xeyli müddət sonra tanış olmuşuq. Dedim, gedin, nə istəyirsiniz edin”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm