Əməkdar artist qəzəbləndi: “Bunun heç kimə dəxli yoxdur!”
Bizi izləyin

Magazin1

Əməkdar artist qəzəbləndi: “Bunun heç kimə dəxli yoxdur!”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Lətifə Əliyeva səhhətində yaranan problemlərdən əziyyət çəkir. Xəstəliyinə görə bir ildən artıqdır ki, işə çıxmayan, səhnə və kino fəaliyyətini donduran aktrisa əsəb sarsıntısından əziyyət çəkir.

Publika.az aktrisanın səhhəti ilə maraqlanıb. Lətifə Əliyeva bu barədə danışmaqdan qətiyyətlə imtina edib. Gərgin və əsəbi aktrisa heç kimin onunla maraqlanmamasını tələb edib:

“Xəstə adamam, heç kimlə danışmaq istəmirəm. Mən kiməm ki, sadə bir əməkdar artist, gedin, kefi kök, damağı çağ olan məşhurların, xalq artistlərinin halını soruşun. Mən özüm bir tərəfə, müharibə veteranı olan xəstə oğlumun səhhətinin dərdini çəkirəm. Ölmüşəm, qalmışam, heç kimə dəxli yoxdur, qapımı bağlayıb oturmuşam evimdə. Məni heç kim narahat etməsin, halımı soruşmasın”.

Xatırladaq ki, 71 yaşlı aktrisa 47 ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. “Bəyin oğurlanması”, “İtkin gəlin”, “Kişi sözü”, “Mən mahnı qoşuram”, “Lətifə”, “Yuxu” və başqa filmlərdə bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm