Azərbaycanlı müğənni qəzaya düşdü: prodüseri öldü - VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni qəzaya düşdü: prodüseri öldü - VİDEO

Rusiyada tanınan məşhur azərbaycanlı müğənni Elbrus Canmirzəyevin prodüseri Kamran Əmirov dünyasını dəyişib.

ANS-in məlumatına görə, müğənni və onun prodüseri Kamran Əmirov Krasnodarsk vilayətində qəzaya düşüb.

Hüquq-mühafizə orqanların məlumatına görə, qəza zamanı “Lexus”, BMW və yük avtomobili toqquşub.

Şahidlərin sözlərinə görə, Canmirzəyev "Lexus”u saatda 200 km-dən yüksək sürətlə idarə edərək yük maşınını sürüşkən yolda ötmək istəyib.

Hadisə şahidləri LifeNews-a bildiriblər ki, qəza nəticəsində “Lexus" yararsız hala düşüb. Müğənninin qanında spirt olub-olmadığını müəyyən etmək üçün nümunə götürülüb. Həkimlər ilkin yoxlamadan sonra ifaçının sərxoş olmadığını müəyyən ediblər.

İfaçının özü yüngül zədə və qapalı kəllə-beyin travması alıb. O, ambulator müalicə üçün evə buraxılıb.

Elbrus Canmirzəyev 1991-ci ildə Azərbaycanın Qax rayonunda anadan olub. Onun "Brodyaqa" mahnısının klipinə "YouTube"da 9 milyondan çox baxış sayı olub.

Azərbaycanlı müğənni "Çarodeyka", "Dışi", "Vesenniy Sneqopad" mahnıları ilə məşhurlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm