Fəxriyyə Xələfova bu gecə kimin üçün geyinəcək?
Bizi izləyin

Magazin1

Fəxriyyə Xələfova bu gecə kimin üçün geyinəcək?

Seçilmək üçün özünəməxsus olmalısan. Bu cür insanlar öz üslubunu, stilini yaradanlardır. Əməkdar incəsənət xadimi və modelyer FəxriyyəXələfova da belələrindəndir. Dəbdəbəli və eleqant stili ilə heyrət doğuran modelyer bu gün doğum gününü qeyd edir.

Publika.az-a açıqlamasında Fəxriyyə xanım Yeni Il bayramını, Dünya Azərbaycanlılarının həmrəylik gününü və özünün doğum gününü evdə qeyd etməyi xoşladığını deyib. Ona görə də, bu gecə əhatəsində sadəcə, ailə üzvləri olacaq: “Özümə heç vaxt təmtəraqlı doğum günü şənliyi keçirmirəm. Doğmalarımın yanında olmağa çalışıram. Hər il bu belə olur. Cah-cəlallı doğum günü ziyafətinə can atanlardan olmamışam”.

Böyük ziyafət olmasa da, özü üçün çox özəl olan bu gecəyə modelyer həmişə xüsusi hazırlaşır. Odur ki, geyinəcəyi libası da əvvəlcədən seçib. O, doğum günündə yeni ilin trendinə uyğun olaraq bordo rəngli libas geyinəcək. Libasını isə özündən çox qarşıdan gələn Meymun ilinin zövqünə uyğun seçib: “2016-cı ilin Qırmızı Meymun üzərində təhvil olduğunu nəzərə alsaq, həmin axşam üçün ən ideal rəng qırmızıdır. Əgər qırmızı rəng kiminsə zövqünə uyğun deyilsə, o halda bayram gecəsində əlvan rənglərə müraciət edə bilərlər. Mən də nar rəngində orqanza parçadan tikilən libas geyinəcəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm