Qalmaqallar, küsülülüklər, məhkəmələr... – Şou-biznesdə son bir il
Bizi izləyin

Magazin1

Qalmaqallar, küsülülüklər, məhkəmələr... – Şou-biznesdə son bir il

Şou-biznes nümayəndələri üçün nə ayın, nə günün, nə də ilin fərqi var. İstədikləri vaxt qan olmayan yerdən qan çıxartmağa hazırdırlar.

Publika.az artıq son saatlarını yaşadığımız il ərzində buna “nail olanlar”ın siyahısını toplayıb. Beləliklə, 2015-ci ilin əvvəlindən küsən şou nümayəndələri kimlərdir?

Yanvar ayının ən böyük qalmaqalı ilə müğənni Nura Suri qarşılaşdı. Nuranın jurnalistlərdən birinin ona yazdığı şəxsi yazışmanı mətbuat konfransı keçirərək ellə bir etməsi uzun müddət müzakirələrə səbəb oldu.

Qalmaqallı stilist Anar Ağakişiyev də həmkarı Elnur Həsənova söz ataraq qalmaqala səbəb olmuşdu. Anar həmkarının ondan öyrəndiyini, lakin bunu dandığını bildirib. Bu, Anarın 2015-ci ildə ilk qalmaqalı idi.

Xalq artisti Brilliant Dadaşova da ilin əvvəlində qalmaqal edən məşhurlar sırasındadır. O, “Unutulur” mahnısını Nadir Qafarzadənin qabağa düşüb oxumasını oğurluq adlandırıb.

Xalq artisti deyib: “Qafarzadə söhbət zamanı bu mahnını oxumağa hazırlaşdığımı bilib və gedib özü ifa edib”.

Fevral ayı da qalmaqalsız keçmədi. Bu ayın ilk “qəhrəmanları” müğənnilər İlhamə QasımovaRəqsanə İsmayılova oldu. Belə ki, İlhamə həmkarının “Bivəfa” mahnısını bozbaş mahnı adlandırmaqla Rəqsanəni cin atına mindirməyi bacardı.

Müğənni Xatun və xalq artisti Nazpəri Dostəliyevanın ilk qalmaqalı da bu aya təsadüf edir. Xatunun xalq artistini canlı yayımda parodiya etməsi Dostəliyevanın qanını qaraldıb. Sonra isə o, Xatunun gününü qaraldıb. Və indiyədək danışmırlar. Bu, Xatunun ilk qalmaqalı olmayacaq...

Brilliant Dadaşova fevral ayında da qalmaqala düşən sənətçilər sırasındadır. Belə ki, Ajda Pekkanın geyilmiş səhnə paltarını xalq artistinə hədiyyə etməsi və Dadaşovanın bunu efirdən deməsi İlhamə Quliyevanın xoşuna gəlməyib. O, “heç vaxt kimsənin geyilmiş paltarını əyninə geyinmərəm” deməklə illərdir yanan ocağa yağ tökmüş olub.

Bu ayın ən böyük qalmaqallarından biri müğənnilər AytacVidadiqızıAfaq Aslan arasında yaşanıb. İkinci birincini cinsi azlıq olmaqda və ona intim təklif etməkdə günahlandırıb. Bu sözlərinə görə Afaq Aslanı məhkəməyə verən Aytac qalib gəlib. İlin sonunda isə Aytac Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.

Mart ayı da səssiz ötüşməyib. Belə ki, teleaparıcı Mətanət Əliverdiyevanın Əli Mirəliyev üçün “səsi yoxdur” deməsi ortalığı qatıb. Əli Mirəliyev isə adəti üzrə aparıcı haqda bildiyi hər şeyi el ilə bir edib.

Mətanət Əliverdiyeva bir neçə gün sonra rəqqasə Fatimə Fətəliyevanı canlı yayımda pərt edib. Fatimənin rəqsini bəyənmədiyini və sanki “balaca bir uşaq rəqs edir” deməsi Fətəliyevanı göz yaşına boğub. Bu qalmaqal bir neçə həftə səngimək bilməyib.

İlin ən qalmaqallı hadisə də mart ayına təsadüf edir. Müğənni Vüqar Muradovun Moskvada meşəyə aparılaraq döyülüb, paltarsız halda buraxılması xəbəri müğənnini tanıyanların da, tanımayanların da diqqətini çəkdi. Cinayət işi açılaraq məsələ hüquqi müstəvidə həll olundu.

Nadir Qafarzadənin də ağzından çıxan sözə yiyəlik etməməsi başına bəla oldu. Sami Yusif haqda “o, haranın zibilidir ki?” sözlərini canlı yayımda deməsi onu qınaq obyektinə çevrildi. Və müğənni bu danışığına görə yaşından asılı olmayaraq hər kəs tərəfindən pisləndi.

Aprel ayında isə illərin rəfiqəsi olan Səidə SultanElnarə Xəlilova arasında qalmaqal alovlanıb. Səidənin efirdə aparıcılıq etməsi Elnarəni qıcıqlanırıb. Və o, qalmaqala səbəb olan açıqlama yazıb: “Sonra deyirsiniz, “Elnarə xanım, efirlərə niyə çıxmırsınız?” Efir zibilxana olub. MilliTeleviziya və Radio Şurası hara baxır?”. Məhz bu sözlər iki tərəfin arasında səngimək bilməyən söz-söhbətə səbəb oldu. Eks-rəfiqələr indiyədək danışmırlar.

Daha sonra xalq artisti Aygün Kazımovanın “Big Apple Music” mükafatını alması üçün Amerika səfərindən təşkilatçıların erməni olması ilə əlaqələndirərək imtina etməsi də qalmaqala səbəb oldu. Çünki həmin mükafat digər xalq artisti Brilliant Dadaşovaya təqdim edilib. Sosial şəbəkə istifadəçiləri Aygün xanımı dəstəkləyib, Dadaşovanı qınamışdılar.

Teleaparıcı Xoşqədəm Hidayətqızı və ATV telekanalının rəhbəri Vüqar Qaradağlı arasınd ayaşanan qalmaqal da aprel ayına təsadüf edir.Verilişlərinin arxiv materiallarını ATV telekanalından götürə bilməyən Hidayətqızı od püskürüb. O, qarşı tərəfi ideya məhsulunun oğurluğunda ittiham edib. Məsələ məhkəmə səviyyəsində davam edib. Sonda Xoşqədəm ANS telekanalında işə başlayıb. Bu qalmaqal o qədər səs-küyə səbəb oldu ki, bütün şou nümayəndələrini sakitləşdirə bildi. Və bu qalmaqaldan sonra aprel ayı ərzində qalmaqal edən olmadı.

May ayında ən səs-küylü hadisə müğənni Röyanın adı ilə bağlıdır amma bu ayı MehribanXanlarova ayı da adlandırmaq olar. Sosial şəbəkədə müğənnini təhqir edən istifadəçini tapıb “razborkaya” çağırması və onu videoya çəkməsi uzun müddət medianın gündəmindən düşmədi. Məsələyə hüquq müdafiəçiləri də qarışmalı oldu.

“Maşın” realiti şousunun bu ay başlaması isə müğənnilər arasında məhkəməlik qalmaqallara səbəb oldu. İlk öncə əməkdar artist Mehriban Xanlarova və müğənni Kərim arasında qalmaqal sosial şəbəkədə davam etdi. Kərimin köməkçisi müğənninin adından aktrisanı təhqir etdi. Qarşı tərəf isə Kərimi məhkəməyə verib. İki tərəf bir-birinin ünvanına xoşagəlməz sözlər işlətdi. Hazırda da məhkəmə davam edir.

Daha sonra meyxanaçı Rəşad Dağlı və Mehriban Xanlarova arasında qalmaqal yaşanıb. Meyxanaçının “Mən istəmirəm Azərbaycanı bölgələrə bölüm. O, öz təmsil etdiyi bölgənin adını hallandırır. Camaat da elə biləcək ki, bütün dağlı qadınları Mehriban xanım kimidir. Yox, dağlı qadınlarını tanımaq üçün nümunə Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən analardır, Mehriban xanım deyil” sözləri qalmaqalı yenidən alovlandırıb.

Ardınca Mehriban Xanlarovanın xalq artisti Aygün Kazımovanı oyundan kənarlaşdırması ilə qalmaqal yeni mərhələyə keçmiş oldu.

Aygün Kazımovanın oyundan çıxması küsülü olduğu Natavan Həbibini sevindirib və onun sosial şəbəkədə “İndi get yat” yazması Kazımovanın keçmiş prodüserini qıcıqlandırıb.Və o, Natavana olmazın sözlər yazıb: “İndi ermənisifət, qartımış və “onun” sevgilisi kabinetdə oturub gülürlər, amma anlamırlar ki, Aygun sınmaz qaladır. Nə qədər it-qurd, erməni mügənillər sevinsə də, Aygün elə Aygündür! Ən azından, verilişdə SMS səsverməsində uduzub. Hamısı kiminsə sevgilisi, dostu, nə bilim, tanışıdır. Əsas odur ki, mən sizin SMS nədir, nəfəsinizi kəsmişəm. ...sifət Natəvan Həbibi səhifəsində bayram eləyib. Ay yazıq, həyatını qaraltmışam... Məhkəmədə ha məni ud, səndən üzr istəyim... Əsas odur, yollarını bağlamışam. Aralıqda qalmısan, ay yazıq, evdə oturmaqdan qartımısan. Nə toyun var, nə tədbirin, ay yazıq. İndi get yat!"

Daha sonra Mehriban Xanlarova ilə müğənni Xatirə İslam arasında qalmaqal yaşandı. Xatirə aktrisanı real həyatda da aktrisalıq etməkdə və ağlamaqda suçlayıb. Bu isə Xanlarovanın ürəyincə olmayıb.

İyun ayının ən gözlənilməz qalmaqalı isə müğənni Mətanət Əsədovanın başına gəldi. “Space” telekanalında Vüsalə Kərimovanın verilişində qonaq olan müğənniyə şair Əzizin əxlaqsız qadın deməsi gündəmi silkələdi. Görüntülər efirə gedəndən sonra isə aparıcı ilə Əsədova arasında qalmaqal yarandı. Bu qalmaqal həftələrlə müzakirə olundu.

Xalq artistləri İlhamə QuliyevaBrilliant Dadaşova arasında qalmaqal iyun ayında da davam edib. Dadaşovanın həmkarının repertuarından “Neyləmişəm” mahnısını oxuyub yeni diskinə salması ona baha başa gəldi. Quliyeva “Brilliantın başı üçün deyil mənim şah əsərimi ifa etsin” sözlərindən sonra mahnını oxumağa qadağa qoyub. Hazırda heç bir telekanal Dadaşovanın ifasında həmin mahnını yayımlamır.

Daha sonra stilist Samiraldonun əməkdar artist Almaz Ələsgərlini zövqsüz adlandırması müğənnini cin atına mindirib. O, stilisti səviyyəsiz adlandırıb.

Natavan Həbibi bu ay xalq artisti İlhamə Quliyeva və Elnarə Xəlilova ilə qalmaqal yaşayıb.

İyul və avqust ayı o qədər isti keçib ki, məşhurların çoxu Bakıda olmadığından, səs-küy salan olmayıb, qalmaqal yaşanmayıb.

Sentyabr ayının ən səs-küylü qalmaqalı İlhamə QuliyevaElza Seyidcahan arasında yaşanıb. Seyidcahanın millət vəkilliyinə iddilı çıxışları Quliyevanın xoşuna gəlməyib. Onun “meymun oynadanların parlamentdə yeri yoxdur” deməsi söz-söhbətə səbəb olub.

İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın onu zəhərləyib öldürmək istəməsi xəbəri isə ilin xəbərinə çevrilə bildi. Hazırda Hüseynova həbs olunub.

Aygün Kazımova və Natavan Həbibi arasında qalmaqal bu ay da davam etdi. Natavanın “Aygünə ölkədən çıxmağa qadağa qoyulub” deməsinə Kazımova cavab olaraq təyyarədən şəkil paylaşıb, “Hələlik, mən İstanbula uçuram” şərhini yazması müzakirələrə səbəb oldu.

Oktyabr ayında yeni qalmaqal yaşanmasa da, əksər küsülü müğənnilərimiz bir-birinə söz atmaqda geri qalmayıb.

Noyabr ayında isə səs-küyə səbəb olan müğənni Kərim Abbasov oldu. Onun həmkarına atmacaları Zamiq Hüseynovun xoşuna gəlmədi. İki tərəf hazırda danışmır.

Dekabr ayında da Kərim Abbasov daha aktiv oldu. O, eks dostu Niyam Salamini ikiüzlü şeytan adlandırdı. İki müğənni dostluğuna bu ay son qoydu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm