2015-ci ildə boşanan məşhurlar - SİYAHI
Bizi izləyin

Magazin1

2015-ci ildə boşanan məşhurlar - SİYAHI

2015-ci il bir çoxları üçün yaradıcılıqda uğursuzluqla müşahidə olunsa da, bəzilərinin şəxsi həyatında qara iz buraxdı. Sevdiyi ilə arasına ayrılıq girən məşhurların sayı o qədər çox olmasa da, gerçəkləşən boşanmalar arasında gözlənilməz olanları, təəssüf doğuranları oldu.

Publika.az ötən il boşananların siyahısını hazırlayıb:

Azərbaycanın ən yaraşıqlı oğlanı adlandırılan model Rüstəm Cəbrayılov da boşandı. Ancaq xanımından ayrılmaq səbəbi haqda heç yerdə açıqlama vermədi. Ayrılan cütlüyün övladı yoxdur.

Müğənni Elton Hüseynəliyev 2015-ci ildə yaradıcılığından çox, ailə münasibətləri ilə yadda qaldı. O, prodüser Tamilla ilə rəsmi münasibətlərinə son qoydu. Cütlüyün birgə evlilikdən iki qız övladı var.

Şən və Hazırcavablar Klubunun üzvü Cabir İmanov Qoyun ilində boşandı da, yenidən evləndi də. Onun ilk evliliyindən iki övladı var.

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva da türkiyəli aktyor Tolqa Karel ilə yollarını böyük qalmaqalla ayırdı. Onların Cahangir adlı bir övladı var.

ATV-nin keçmiş aparıcısı, “Bacanaqlar” serialının aktrisası Aysel Nazim də həyat yoldaşından ayrıldı. Moskvada yaşayan Türkiyə vətəndaşı ilə ailəli olan Aysel, işi ilə əlaqədar yoldaşı ilə görüşməyə vaxt tapmadığını əsas gətirərək onsuz da ayrı yaşadığı kişidən birdəfəlik ayrıldı. Cütlüyün bir oğlu var.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm