Vidadi Babanlı: “Ona əzab verdiyimə görə çox peşmanam”
Bizi izləyin

Magazin1

Vidadi Babanlı: “Ona əzab verdiyimə görə çox peşmanam”

Tanınmış yazıçı Vidadi Babanlının doğum günüdür. Nə az, nə çox 89 illik bir ömrə yolçuluq edən ağsaqqal yazıçımızı biz də təbrik etdik.

Təəssüratlarını Publika.az-la bölüşən yazıçı niskilini də gizlətməyib:

“İlk dəfədir ki, doğum günümü həyat yoldaşımsız keçirirəm. Mənə çox ağırdır. İnsan kiminsə qədrini onu itirəndən sonra bilir. Onun yoxluğu məni çox ağrıdır. İlk təbriki o edərdi, ilk hədiyyəmi o alardı. Gecəyarısından səhərə qədər biş-düş edib, qonaqları qarşılayardı. Məni yalqız qoyub getdi. Qohum-qardaş, dost-tanış zəng edir, xoş sözlər deyir, amma içimdəki niskili unuda bilmirəm”.

Doğum gününü yorğan-döşəkdə qarşıladığını deyən sevimli yazıçımız peşmançılıqlarını da dilə gətirib:

“Zamanında sağlamlığımın qədrini bilmədim. Gözüm zəiflədi. Ona əzab verdiyimə görə çox peşmanam. Bu gün ən böyük arzum da can sağlığıdır. Sağlamlığının da qədrini insan itirəndən sonra bilir. Deyirəm ki, kaş ayağım yer tutaydı, masaya oturub romanımı tamamlaya biləydim. Ondan sonra ölsəm də, dərdim olmaz. Bunu etmədən ölmək istəmirəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm