Tolik: “Cavid Gül əkizləri müvəqqəti əvəz edir”
Bizi izləyin

Magazin1

Tolik: “Cavid Gül əkizləri müvəqqəti əvəz edir”

“Cavid Gül əkizləri müvəqqəti əvəz edir. Sevillə Sevinc aparıcısı olduğu verilişə qayıdacaqlar. Müğənnilərin atası 2 gündür vəfat edib. Onların indi efirə çıxması mümkün deyil. Yaraları təzədir. İstəsələr də, bunu bacarmazlar. Allah heç kəsə belə ağır dərd yaşatmasın”.

Publika.az xəbər verir ki, bu sözləri Sevil və Sevinc bacılarının prodüseri Tolik deyib. Onun sözlərinə görə təqribən 2 həftə sonra müğənnilər yenidən aparıcılıq fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Xəzər telekanalında yayımlanan “Hər şey daxil” verilişi bu gün Cavid Gülün təqdimatında efirə çıxıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm