Leyla borcundan belə çıxdı - VİDEO
Bizi izləyin

Magazin1

Leyla borcundan belə çıxdı - VİDEO

Leyla Ramazanlı yeni ildə ilk mahnısını tamaşaçılara təqdim edib. Mahnının sözləri Arzu Əsədovun, musiqisi isə İsmayıl Əsədovanındır.

Leyla Ramazanlı Publika.az saytına açıqlamasında repertuarında bir neçə vətənpərvər ruhlu mahnıların yer aldığını və “Azərbaycan” mahnısının onun üçün xüsusi yeri olduğunu da qeyd edib: “Yeni ifa etdiyim “Azərbaycan” mahnısı xalqımızın şücaətindən, qorxmazlığından bəhs edir. Bu mahnı ilə Odlar yurdumuzun paytaxtı Bakının tarixindən bəhs etməyə çalışmışam. Doğma torpağım, vətənim, Azərbaycanım mənim üçün çox əzizdir. Bir azərbaycanlı kimi bu mahnını oxmuağı özümə borc bildim”.

İlə vətənpərvər ruhda mahnı ilə başlayan Leyla Ramazanlı bu mahnıya yaxın zaman ərzində klip çəkdirəcəyini də deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm