Çağatayla Leyla "Delibal"ın təqdimatında - FOTO
Bizi izləyin

Magazin1

Çağatayla Leyla "Delibal"ın təqdimatında - FOTO

Türkiyəli aktyor Çağatay Ulusoy və Leyla Lidiya Tuğutlu Bakıda “Delibal” filminin təqdimat mərasimində iştirak ediblər.

Publika.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən mərasimdə aktyorlar jurnalistlərə qısa açıqlama veriblər.

Daha çox səhhətində yaranmış problemdən danışan Çağatay bu səbəbdən Bakını gəzə bilmədiyini deyib.

İmicindən söz açan Çağatay saçlarını kəsdirmək niyyətində olmadığını vurğulayıb.

Leyla isə həmkarından fərqli olaraq səfərindən maksimum yararlanıb. Bakıda gəzintiyə çıxdığını və şəhərimizi çox bəyəndiyini bildirib: “Şəhəri gəzdim,çox bəyəndim. Yeməklərinizin isə dadı damağımdan getməyəcək. Çox dadlı mətbəxiniz var. Bakıya bir daha gəlmək istəyirəm”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm