Tariyel Qasımov Xuraman Qasımovanın sevgisindən danışdı
Bizi izləyin

Magazin1

Tariyel Qasımov Xuraman Qasımovanın sevgisindən danışdı

“Xuraman arıq cüllütə oxşayırdı. Cılız bir qız idi. Mən isə yaraşıqlı oğlan idim”.

Publika.az xəbər verir ki, bunu xalq artisti Tariyel Qasımov dünya şöhrətli ifaçı Xuraman Qasımova ilə bağlı danışarkən deyib.

ATV telekanalında qonaq olan xalq artisti tanınmış opera müğənnisi ilə “Liftçi qız” filminin çəkilişi zamanı tanış olsa da, ona olan məhəbbətindən hər ikisi yaşlanandan sonra xəbər tutub. Onun sözlərinə görə, bu barədə xalq artisti özü etiraf edib:

“Xuraman xanımın 50 illik yubileyinə mən də dəvətli idim. Onunla xatirə şəkli çəkdirəndə Rüstəm İbrahimbəyov bizə baxırdı. Birdən Xuraman xanım Rüstəmə dedi ki, “Tariyeli sevirdim. Amma o, məni bəyənmirdi”. Rüstəm də “Elə isə Tariyelin zövqünə şübhə edirəm. Xuraman kimi gözəli sevməmək mümkün deyil”, - dedi. Mən də dedim ki, o vaxt Xuraman arıq cüllütə oxşayırdı. Cılız bir qız idi. Mən isə yaraşıqlı oğlan idim. Xuraman xanım indi gözəldir. Amma indi hər ikimizin ailəsi var”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm