Yalçın Rzazadə biabır etdi: “20 manata da gedir”
Bizi izləyin

Magazin1

Yalçın Rzazadə biabır etdi: “20 manata da gedir”

“Elə müğənni var, efirə çıxıb özünü reklam edir, toya min manata getdiyini deyir. Halbuki 20 manata da gedir. Mən elə müğənnilərin çoxunu tanımıram”.

Xalq artisti, tanınmış müğənni Yalçın Rzazadə şou-biznes aləmində olan həmkarlarından danışarkən belə deyib.

Publika.az-a açıqlama verən xalq artisti belə müğənnilərlə hətta eyni verilişə çıxmaqdan da imtina etdiyini bildirib:

“Bəzən məni verilişlərə çağırırlar, deyirlər ki, filankəslər iştirak edəcək, gəlin, onlar haqqında fikir söyləyin. Həmin verilişlərə getməkdən imtina edirəm. Çünki onları tanımaram. Tanımadığım adamları necə tərifləyə, yaxud da pisləyə bilərəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm