Lətifənin klipi oğurluq çıxdı - VİDEO
Bizi izləyin

Magazin1

Lətifənin klipi oğurluq çıxdı - VİDEO

Müğənni Lətifə Soyuöz bu gün “Falan filan” adlı yeni klipini təqdim edib.

Publika.az-a açıqlama verən ifaçı klipin hazırlığına 1 ilə yaxın vaxt sərf etdiyini bildirib:


“Növbəti bahalı klipə imza atdım. Rejissor işi Anar Hüseynova məxsusdur. O, nə istədisə, hamısını etdim. Geyimlərim üzərində Renat Ramazanov çalışdı. Klipin hazırlıq prosesi 8 ay davam etdi. Klip kinokamera ilə çəkildi. Ekran işi üzərində 50 nəfərdən ibarət heyət çalışdı. Mahnımın sözləri və musiqisi Günel Sərdarqızına məxsusdur”.

Klipdə diqqətçəkən digər məqam isə klipin əsas görüntülərinin türkiyəli super ulduz Hande Yenərin “Sebastian” adlı klipinin görüntüləri ilə eynilik təşkil etməsidir. Belə ki, məkan, geyim, səhnələr, demək olar ki, təkrardır.

Qeyd edək ki, “Sebastian” klipinə “YouTube”da 28 milyondan çox baxılıb.

Oxşar olan klipləri təqdim edirik:

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm