• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Rəhman Rəhmanovun saxlanılan oğlunun videosu sosial şəbəkələri alt-üst etdi – VİDEO

  • Magazin1
  • 21 Yanvar 2016 14:15
  • 4 343 Baxış
Rəhman Rəhmanovun saxlanılan oğlunun videosu sosial şəbəkələri alt-üst etdi – VİDEO

Əməkdar artist Rəhman Rəhmanovun polis tərəfindən saxlanılan oğlu Emil Rəhmanovun videosu sosial şəbəkədə rezonans doğurub.

Publika.az xəbər verir ki, yayılan görüntülər 2 il əvvələ aid olsa da, indi baxış rekordu qırır. Həmin videoda ANS telekanalında qonaq olan Emil Sezen Aksunun repertuarından “Minik serçe” mahnısını ifa edib. Sosial şəbəkə istifadəçiləri Emilin ifasını paylaşaraq onun taleyinə biganə qalmayıblar.

Video görüntüdə Emilin ifası atasını kövrəldib. Onun əlləri əsib, gözləri dolub. Teleaparıcı Afət Rahilqzısı da göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Rəhman Rəhmanov oğlunun həbsi ilə bağlı açıqlamasında onunla danışmadığını deyib:

“O adam məni maraqlandırmır. 1 aydır onunla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Daha o adda oğlum yoxdur!”

Xatırladaq ki, aktyorun oğlu ikinci dəfə saxlanılıb. Birinci dəfə o, 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun narkotik istifadəçisi olduğu bildirilir.

İsa Şükürov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR