Telli Borçalı: “Borçalıda adam qalmadı, hamı zəng elədi ki…”
Bizi izləyin

Magazin1

Telli Borçalı: “Borçalıda adam qalmadı, hamı zəng elədi ki…”

Aşıq Telli Borçalı gözəllik sirləri və şəxsi həyatından danışıb.

Publika.az-a danışan sənətçi heç vaxt plastik əməliyyat etdirmədiyini deyib:

“Bir dəfə efirdə hamı mənə yaxınlaşıb plastik əməliyyat etdirib-etdirmədiyimi soruşdu. And içdim ki, nəyim var özümə məxsusdur - dodağım, qaşım, yanaqlarım. Bu gözəllik bizdə genetikdir. Anamın sifəti şüşə kimi hamardır. Üzündə bir dənə də qırış yoxdur”.

Telli Borçalı şəxsi həyatından da danışıb:

“Bir dəfə saytların birində yazmışdılar ki, Tellinin möhtəşəm toy mərasimi keçiriləcək. Borçalıda adam qalmadı, hamı zəng eləyib, təbrik elədi. Dedim, ay insanlar, hələ toyum olmayıb, olanda size xəbər edəcəm. Hələ ki, həyatımda heç kim yoxdur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm