Xalq artisti: “O toydan iki maşının pulunu gətirmişəm”
Bizi izləyin

Magazin1

Xalq artisti: “O toydan iki maşının pulunu gətirmişəm”

Xalq artisti Yalçın Rzazadə toy müğənnisi olmadığını deyib.

Publika.az-a açıqlamasında o, bunun səbəbini belə izah edib:

“Həmişə görkəmli bəstəkarların musiqilərini ifa etmişəm. Elə bəstəkarların əsərlərini hansısa toy məclisində oxumağı özümə yaraşdırmamışam. Ömrümdə cəmi iki dəfə toya getmişəm. O da Azərbaycanda yox, xarici ölkələrdə. Dağıstana toya gedib, o toydan iki maşının pulunu gətirmişəm. İndi də toylara dəvət edənlər çoxdur, amma getmirəm. Sənətimi puldan üstün tuturam və buna görə peşiman da deyiləm. Toylarda içki içib, özünü apara bilməyənlər çox olur. İstəməmişəm ki, sərxoşun biri mənə yaxınlaşıb, “Ay canı yanmış” mahnısını oxu”, - desin. Mən nə o mahnını bilirəm, nə də o mahnını oxuyan müğənnini tanıyıram”.

Xalq artisti, toya gedib, pul qazanan müğənnilərdən qat-qat varlı olduğunu deyib:

“Toya getməsəm də, toya gedən müğənnilərin çoxundan varlıyam. Mənəviyyatım var. Bir dəfə toy müğənnilərindən biri mənə yaxınlaşdı ki, ay Yalçın müəllim, pulum, villam, üç maşınım var, amma sizin kimi sənətkar deyiləm. Necə edim ki, sizin kimi sənətkar olum. Mən sənətimi hər şeydən üstün tutmuşam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm