Səidə Sultan gənc oğlanlarla... – VİDEO
Bizi izləyin

Magazin1

Səidə Sultan gənc oğlanlarla... – VİDEO

Müğənni Səidə Sultan 2016-cı ilə ciddi hazırlaşıb.

Publika.az-a açıqlamasında o, məhsuldar müğənni olacağını bildirib. Bunun üçün artıq ilk addım da atıb. Yeni ilin ilk ayında “Gecələr 2” adlı mahnısını dinləyicilərin ixtiyarına verib:

“Ötən il təqdim etdiyim “Gecələr” mahnısı, sözün əsl mənasında, super hit oldu. İndi isə həmin mahnının davamı olan “Gecələr 2” adlı mahnımı hazırladım. İnanıram ki, bu da əvvəlki mahnı kimi uğurlu olacaq. Mahnı üzərində dostlarım - Fərid Ağa və KQB çalışıb. “HİT Make Group” adı altında birləşən bu gənclər, sözün həqiqi mənasında, əsl hit yaradıblar. Rəqs etməyi sevənlər “Gecələr 2” mahnımdan doyunca zövq ala biləcək”.

Səidə Sultan “HİT Make Group” ilə silsilə mahnılar çıxaracağını da bildirib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm