Müğənninin atası qızına görə söyüş söydü
Bizi izləyin

Magazin1

Müğənninin atası qızına görə söyüş söydü

Azəri qızı Günel kimi tanınan Günel Zeynalova türkiyəli ifaçı Səda Sayanla küsülü imiş.


Publika.az xəbər verir ki, bunu sənətçi “ATV maqazin onlarla” verilişində etiraf edib. O, atası Rəhman Zeynalovun türk müğənnini söydüyünü də gizlətməyib:


“Türkiyə şou-biznesində məni gözügötürməyənlər çoxdur. Onlardan biri də Səda Sayandır. Uzun müddətdir onunla görüşmürəm. Bir dəfə proqramına dəvət etdi. Keçmişimlə bağlı süjet hazırladı. Şok oldum. Niyə belə etmişdi, başa düşmədim. Tamaşaçılara hörmətsizlik etməmək üçün verilişdən çıxıb getmədim. Sonra “Sarı gəlin” haqda danışanda sözümü kəsdi. Verilişdən sonra atam Səda Sayana söydü və dedi ki, “Bir də mənim uşağımı verilişinə dəvət etmə”. O vaxtdan artıq neçə ildir ki, Səda Sayanla görüşmürəm.”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm