Əməkdar artist Belarusun xalq artisti ilə - FOTO
Bizi izləyin

Magazin1

Əməkdar artist Belarusun xalq artisti ilə - FOTO

Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, əməkdar artist Nigar İbrahimova Minskdə - Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edib.

Teatrın mətbuat xidmətindən Publika.az-a bildirilib ki, anşlaqla baş tutan Adolf Adanın “Jizel” baletinin tamaşasında N.İbarhimova Jizel obrazını canlandırıb. Tamaşada aktrisanın tərəf-müqabili, Qraf Albert partiyasında Belarusun xalq artisti İqor Artamonov çıxış edib.

Həmyerlimizin yüksək səhnə məharəti və yaratdığı obraz barədə Belarus teatrının veb-saytı ilə yanaşı, bir çox elektron KİV, qəzet və televiziya kanallarında çoxlu xoş sözlər yazılaraq, çıxışına yüksək qiymət verilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm