Tanınmış aparıcı: “Çox qadına xəyanət etmişəm”
Bizi izləyin

Magazin1

Tanınmış aparıcı: “Çox qadına xəyanət etmişəm”

Ötən həftə verilişindən uzaqlaşdırılan aparıcı Mikayıl Güləddinoğlu “Space”in efirindən getmək fikrində deyil. Aparıcı bir neçə telekanaldan dəvət aldığını desə də, illər boyu çalışdığı kanaldan uzaqlaşmaq istəmir.

Publika.az xəbər verir ki, aparıcı bu barədə “Space”in efirində açıqlama verib.

O, həmçinin, şəxsi həyatı ilə bağlı da danışıb:

“Həyatımda bir neçə dəfə sevmişəm, xəyanətlərim də olub. Amma mənim aləmimdə əsl xəyanət odur ki, ailəni, uşaqlarını qoyub, başqasını sevəsən. Üç ay, bir il davam edən sevgilərim olub. Ən uzun sevgim üç il olub, o da tələbəlik illərimə təsadüf edir. Ayrılmışıq. İndi qarşıma çıxsa, sadəcə, salamlaşaram. O sevgi barədə danışmaqdan söhbət belə gedə bilməz”.

Aparıcı valideynlərinin məsləhəti ilə 30 yaşından sonra uzaq qohumunun qızı ilə evləndiyini deyib:

“Bir dəfə qızı görməyə gedib, sonra da razılığını alıb, elçi gediblər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm