• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

Həkimlərdən Fikrət Qocaya sərt QADAĞA

  • Magazin1
  • 1 Fevral 2016 14:15
  • 1 031 Baxış
Həkimlərdən Fikrət Qocaya sərt QADAĞA

Xalq şairi Fikrət Qoca səhhətindən danışıb.

Publika.az-a açıqlama verən şair həkim nəzarəti altında müalicə olunduğunu deyib:

“Bir az narahatlıqlarım yaranmışdı, sağ olsun, həkimlər yoluna qoydu. Çalışıram, özümü soyuqdan gözləyim. Ürəyim dava-dərmanların köməyilə hələ ki, döyünür. Həkimlərin bir qadağası var: özünü qoru. Soruşuram, nədən qoruyum? Deyirlər, hər şeydən. Amma olmur, bəzən elə hadisələrlə qarşılaşıram ki, özümü ələ ala bilmirəm. Qələm dostumuz Zəlimxanı da itirdik. Ağır itki oldu”.

Xalq şairi müayinə üçün Türkiyəyə getməyəcəyini də bildirib:

“Burada həkimlər mənə yaxşı baxır, bu səbəbdən, müayinə olunmaq üçün Türkiyəyə getməyi planlaşdırmıram”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR