Anar Nağılbazdan ŞOK ETİRAF: “Atam məni bu yoldan döndərə bilmədi”
Bizi izləyin

Magazin1

Anar Nağılbazdan ŞOK ETİRAF: “Atam məni bu yoldan döndərə bilmədi”

Bir müddət öncə yaşamaq məqsədilə xarici ölkələrin birinə üz tutan tanınmış repçi Anar Nağılbaz Azərbaycana qayıdıb.

Repçi Publika.az-a maraqlı açıqlamalar verib:

“Əslində, xaricə birdəfəlik getməmişdim. Səhhətimdə yaranan problemləri həll etmək üçün ölkəni müvəqqəti olaraq tərk etmişdim. Yenidən öz ölkəmdəyəm”.

Maraqlıdır, repçi yenidən səhnə fəaliyyətini davam etdirəcək?

Rep sənəti ilə məşğul olanları fədai adlandıran Nağılbaz repçi kimi fəaliyyət göstərəcəyini desə də, peşmançılığını da gizlətmədi:

“Azərbaycanda repçilər fədailərdir, çünki musiqinin bu sahəsinə diqqət yetirən yoxdur. Mən də replə məşğul olduğuma görə, çox peşmanam. Ümumiyyətlə, gərək şou-biznesdən uzaq olaydım. Vaxtında böyük sözünü eşitmədim. Atam da məni bu yoldan döndərə bilmədi. O deyirdi ki, get özünə başqa sənət tap. Repçi olmağımın qəti əleyhinə idi. Çünki bizim nəsildə bu işlə məşğul olan yoxdur. Buna görə məni çox qınadılar”.

Bütün bunlara baxmayaraq, Nağılbaz yenidən şou-biznesin gündəmini alt-üst edəcək. Belə ki, o, yaxın zamanlarda solo-konsert proqramı ilə sevənlərini yenidən başına toplamağı planlaşdırıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm