Azərbaycanlı məmurun qızı İrina Şeyklə birlikdə - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı məmurun qızı İrina Şeyklə birlikdə - FOTOLAR

Modelyer Günel Rüstəmova “De Grisogono” markası ilə birlikdə moda gecəsi təşkil edib.

Publika.az xəbər verir ki, “De Grisogono” zərgərlik brendinin yaradıcısı Favaz Qruozi Paris Yüksək Moda Həftəsi çərçivəsində yeni kolleksiyasını nümayiş etdirə bilməyib. Zərgər yüksək dəb tarixində ilk dəfə olaraq markanın Parisdəki filialında öz şousunu təşkil edib. Şouda dizaynerin qiymətli zinət əşyaları nümayiş olunub. Həmin gecə Günelin “Gyunel” markasının yeni kolleksiyası da təqdim edilib. Belə ki, “De Grisogono” zərgərlik brendinin yeni kolleksiyasını təqdim edən modellər Günelin libaslarını geyinib. Qeyd edək ki, Günel Rüstəmovanın libaslarını nümayiş etdirənlər arasında türkiyəli model Tülin Şahin də olub.

Dəfilənin özəl qonaqları qismində dünya şöhrətli modellər İrina Şeyk və Bella Hadid iştirak ediblər.

Qeyd edək ki, modelyer Günel Rüstəmova Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm