Məşhur teleaparıcı kişilərə od püskürdü
Bizi izləyin

Magazin1

Məşhur teleaparıcı kişilərə od püskürdü

Teleaparıcı Lalə Mustafayeva sosial şəbəkədə qadınlar haqda fikirlərini paylaşıb.

Publika.az xəbər verir ki, xanım aparıcı cəmiyyətin qadınları alçaltdığı qənaətinə gəlib:

“Qadın olmaq günahdır. Çünki hər kəsin sahib olmaq istədiyi bədənin var. Qorumağa məcbur olduğun namusun, sevməyə məcbur olduğun adətlərin var. Qadın hər zaman soyuq və hissiyyatsız görünməlidir. Hər zaman baxımlı olmalıdır, amma diqqət çəksə, artıq qəbahətdir. Hər kəsin yanında yerini bilməlidir. Sevsə, pis baxarlar. Gülsə, pis baxarlar. Susarsa, cahildir deyərlər. Susmasa, dili uzun, həyasız deyərlər. Kişi olmaq müsbət, qadın olmaq mənfidir. Qadının başı heç nədən çıxmaz. O, döyülməli və sözdən çıxmamalıdır. Halbuki, qadınları susmağa məcbur edən, bir mələyi şeytana çevirən kişilərdir və danışmaq istədikdə ağzının üstündən sillə vuran da onlardır. Qadının isə istədiyi 3 şey var. Sevgi, sədaqət və ailə...”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm