Nazirdən aktrisaya hədiyyə
Bizi izləyin

Magazin1

Nazirdən aktrisaya hədiyyə

Dövlət Rus Dram Teatrının aktrisası Yevgeniya Nevmerjitskayanı 70 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi mükafatlandırılıb.

Publika.az xəbər verir ki, həyatının 50 ildən çoxunu səhnəyə, sənətə həsr edən Yevgeniya Nevmerjitskaya teatr sənəti sahəsində fəaliyyətinə görə mükafatlandırılıb. Belə ki, o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirəndən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Bu illər ərzində teatrın səhnəsində 70-dən artıq rol oynayıb, xarakterik qadın rollarının ifaçısı kimi tanınıb.

Aktrisa 2000-ci ildə əməkdar artist fəxri adına layiq görülüb, 2006-cı ildən Prezident təqaüdçüsüdür. 2016-cı il yanvarın 17-də aktrisanın 70 illiyi çalışdığı doğma teatrda yubiley tamaşası ilə qeyd edilib. Həmin gün P.Qladilinin “Afina axşamları” tamaşasının premyerasında səhnəyə çıxan aktrisanın oyunu alqışlarla qarşılanıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm